Rəqəmsal savadlılığın ölçülməsi: milli çərçivə üçün göstəricilər sistemi
Tədqiqatın məqsədi məktəb və ali təhsil pilləsində rəqəmsal savadlılığın qiymətləndirilməsi üçün vahid göstəricilər sistemi hazırlamaqdır. Beş ölçülü model — texniki bacarıqlar, informasiya savadlılığı, rəqəmsal kommunikasiya, məzmun yaratma və rəqəmsal təhlükəsizlik — 24 məktəbdə 1 840 şagird üzərində pilot tətbiq edilmişdir. Alətin daxili uyğunluq əmsalı (Cronbach α) 0,87 təşkil etmiş, konfirmator faktor analizi model uyğunluğunu təsdiqləmişdir. Nəticələr göstərir ki, şagirdlərin rəqəmsal təhlükəsizlik üzrə göstəriciləri digər ölçülərdən orta hesabla 18% aşağıdır.