Banqladeşin prezidenti istefa verdi
Banqladeşin Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib.
Gundelik.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
“Müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkirəm”, – o, qərarının səbəbi ilə bağlı suala cavab verərkən bildirib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Prezidentin istefası ilə əlaqədar Milli Parlamentin spikeri Hafiz Uddin Əhməd təcili mətbuat konfransı çağırıb. Konstitusiyaya əsasən, yeni dövlət başçısı seçilənədək prezidentin səlahiyyətlərini parlamentin spikeri icra edəcək.
Qeyd edək ki, M.Şahabuddin 2011-ci ildən 2016-cı ilədək Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının komissarı vəzifəsində çalışıb, 2023-cü ildə Banqladeşin 22-ci prezidenti kimi and içib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.