Azərbaycanda altı ayda 15 mindən çox cinayət qeydə alınıb
Azərbaycanda bu ilin birinci yarısında 15 420 cinayət qeydə alınıb.
Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, qeydə alınmış cinayətlərin 90.7 faizinin açılması təmin edilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd olunub ki, hesabat dövründə ölkə üzrə ümumilikdə 7 893 cinayət işinin istintaqı tamamlanıb. Onlardan 470-i prokurorluq orqanlarında istintaq edilib.
Həmçinin prokurorluq orqanları tərəfindən 269, digər istintaq qurumları ilə birlikdə isə ümumilikdə 5 511 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.