Zəngilanın iki kəndinin su infrastrukturu ilə bağlı işlərə 4 milyon manat ayrıldı
Zəngilan rayonunun Ağalı vә Mәmmәdbәyli kәndlәrinin su tәchizatı vә tullantı su şәbәkә vә qurğularının tikintisi işlərini aparacaq şirkət müəyyənləşdirilib.
Gundelik.az-ın məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işləri yekunlaşıdırıb.
Qurum sözügedən işlərin icrasını “Protean Construction” Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edib və müqavilə bağlayıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Müqaviləyə əsasən, ASC-yə 4 milyon manat ödənilib.
Qeyd edək ki, işlərin həvalə olunduğu “Protean Construction” ASC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 160 672 manat olan ASC-nin qanuni təmsilçisi Təhməzov Məhəmməd Ağca oğludur.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.