Zaqatalada avtomobil aşdı – Ölən və yaralanan var
Bu gün saat 13 radələrində Zaqatala rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gundelik.az xəbər verir ki, “VAZ-21015” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.