Yemək yeyərkən bunu edənlər daha tez doyur

Yemək yeyərkən bunu edənlər daha tez doyur

Yemək zamanı yalnız nə yediyimiz deyil, necə yediyimiz də toxluq hissinə təsir edir. Mütəxəssislər yeməyi yavaş yeməyin, yaxşı çeynəməyin və qida ilə bağlı duyğu siqnallarına diqqət yetirməyin daha tez toxluq hissi yaratmağa kömək edə biləcəyini bildirirlər.

Xüsusilə yerkökü, xiyar, alma kimi qidaları yeyərkən yaranan xırtıltı səslərini eşitmək yemək təcrübəsini daha doyurucu edir. Qidanın səsini, dadını və teksturasını hiss etmək insanın yediyi qidaya daha çox fokuslanmasına şərait yaradır.

Ekran qarşısında yemək isə əks təsir göstərir. Televizor, telefon və ya kompüterə baxaraq yemək insanın diqqətini qidadan yayındırır. Nəticədə dad, qoxu, tekstura və çeynəmə kimi duyğusal siqnallar kifayət qədər fərq edilməyə və toxluq hissi gecikir. Bu da ehtiyacdan artıq yeməyə səbəb olur.

Xırtıltılı səslər toxluq hissini artırır

Mütəxəssis Ayşegül Akkaya Erdemin sözlərinə görə, qidaların yaratdığı xırtıltı səsləri onların təzə və sağlam olması ilə bağlı təsəvvürü gücləndirir. Bu isə yeməkdən alınan məmnuniyyəti artıraraq insanın daha tez doymağına kömək edir.

Bundan əlavə, qidanı yavaş yemək və hər loxmanı yaxşı çeynəmək toxluq hissinin yaranmasına şərait yaradır. Çiy tərəvəz və meyvələrin rasionda daha çox yer alması isə həm lif qəbulunu artırır, həm də çeynəmə müddətini uzadır.

Əllə yemək də təsir göstərir

Bəzi qidaları əllə yemək onların teksturasını daha yaxşı hiss etməyə imkan verir. Bu da yemək prosesini daha şüurlu və duyğusal hala gətirərək məmnunluq hissini artırır.

Mütəxəssislər çəkiyə nəzarət etmək istəyənlərə porsiyalarda lifli qidalara üstünlük verməyi, yemək zamanı ekranlardan uzaq durmağı, qidanı tələsmədən yeməyi və hər loxmanı yaxşı çeynəməyi tövsiyə edirlər.

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.