Xocavəndə növbəti köç karvanı yola salınıb

Xocavəndə növbəti köç karvanı yola salınıb

Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb.

Gundelik.az xəbər verir ki, doğma yurdlarına qayıdan ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşıblar.

Bu mərhələdə Xocavənd şəhərinə 20 ailə (81 nəfər), Qırmızı Bazar qəsəbəsinə 2 ailə (9 nəfər), Xocavənd kəndinə isə 5 ailə (17 nəfər) olmaqla, ümumilikdə 27 ailə – 107 nəfər köçürülür.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.