Xocavənddə evlərin təmiri ilə bağlı 1,5 milyon manatlıq LAYİHƏ
Xocavənd rayonunun Xanoba kəndində evlərin təmirinə başlanılır.
Gundelik.az-ın məlumatına görə, təmir işləri 2-ci mərhələ üzrə ümumi sahəsi 4 375,8 kvadrat metr olan 26 ədəd fərdi yaşayış evini əhatə edəcək.
Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə yekun vurub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qurum sözügedən işlərin icrasını “Capitel Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 1 526 925 manat ödənilib.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.