“Ümid” yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlandı

“Ümid” yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlandı

Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz-kondensat yatağından 01.11.2025-ci il tarixinədək təqribən 12,7 mlrd. kubmetr qaz hasil olunub.

Bu barədə Gundelik.az-a Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə yataqdan 1,9 mln. ton qaz kondensatı çıxarılıb.

Yataqdan sutkada orta hesabla hasilat 7 mln. kubmetrə yaxın qaz və 0,8 min ton kondensat təşkil edib.

““Ümid” yatağının kəşfindən 15 il ötür. “Ümid” Azərbaycanın müstəqillik dövründə kəşf edilən ilk qaz-kondensat yatağıdır”, – məlumatda qeyd olunub.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.