Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 7 polis yaralanıb
Türkiyədə İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı atışma baş verib, 7 polis əməkdaşı yaralanıb.
Bu barədə Gundelik.az “HaberGlobal”a istinadən xəbər verir.
Qeyd olunub ki, hadisə Yalova ilində baş verib. Belə ki, Elmalık kəndinə gedən yolda yerləşən evdə İŞİD terror təşkilatını hədəf alan əməliyyat keçirilib. Əməliyyat zamanı evdə olan şübhəli şəxslər atəş açıb və nəticədə 7 polis əməkdaşı yaralanıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Bursa şəhərindən gələn xüsusi təyinatlı polislərin də dəstəklədiyi əməliyyat bölgədə təhlükəsizlik tədbirləri görülməklə davam edir.
Yaralanan polislərin həyati təhlükəsi yoxdur.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.