Türkiyə və Gürcüstan yük daşımalarını elektronlaşdırıb

Türkiyə və Gürcüstan yük daşımalarını elektronlaşdırıb

Gürcüstan və Türkiyə beynəlxalq avtomobil yük daşımaları üçün elektron icazə sistemini işə salıb.

Gundelik.az xəbər verir ki, bunu Gürcüstan Quru Nəqliyyatı Agentliyinin direktoru Bakur Mikadze deyib.

O bildirib ki, artıq hər iki ölkənin daşıyıcıları bütün lazımi icazələri tamamilə elektron şəkildə əldə edə biləcək:

“Yeni sistem məlumat mübadiləsini sürətləndirəcək, təhlükəsizləşdirəcək, inzibati gecikmələri azaldacaq və beynəlxalq yol daşımalarının idarə edilməsini daha səmərəli edəcək. Rəqəmsal mexanizmin tətbiqi Gürcüstanın regional tranzit mərkəzi kimi rolunu gücləndirəcək”.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.