Tovuzda qadın qətlə yetirildi: Qardaşı oğlu tutuldu
Tovuz rayonunda qətl hadisəsi olub.
Gundelik.az-ın məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində fermada baş verib.
Məlumata görə, rayon sakini Məlahət İsa qızı İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. Araşdırmalarla qətlin qadının qardaşı oğlu Ülvi Azər oğlu İsayev tərəfindən törədildiyinə şübhələr yaranıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Ü.İsayev saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.