Təzyiqdən öldüyü deyilən qadın QƏTLƏ YETİRİLİBMİŞ – Gəlinlə qardaşı tutuldular
Biləsuvar rayonunda vəfat etmiş və qan təzyiqindən öldüyü bildirilən qadının əslində qətlə yetirildiyi məlum olub.
Gundelik.az APA-ya istinadən xəbər verir ki, ilkin informasiyaya görə, həmin gün kənd sakini Almaz Cəfərova beyindaxili təzyiqdən ölüb və onun təbii şəraitdə vəfat etdiyi bildirilərək dəfn edilib. Lakin polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə A.Cəfərovanın boğularaq öldürülməsi müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və onun qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis tərəfindən saxlanılıblar. Onlar aidiyyəti üzrə təhvil veriliblər.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.