Təcili yardım avtomobilinə atəş açan şəxs SAXLANILDI
Türkiyənin İzmir şəhərinin Bayraklı rayonunda təcili yardım maşınına tapança ilə atəş açan şübhəli həbs edilib.
Bu barədə Gundelik.az xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, şübhəli qismində saxlanılan şəxs hadisəni törətdikdən sonra ərazidən uzaqlaşmağa çalışıb. Lakin Türkiyə polisi tərəfindən həyata keçirilən operativ əməliyyatlar zamanı o, müəyyən edilərək saxlanılıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Saxlanılan şəxs dindirilən zaman təcili yardım avtomobilinin onun üzərinə doğru hərəkət etdiyini və buna görə də avtomobilə doğru atəş açdığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.