“Tarqovu”da məşhur restoranın tavanı uçdu – Yaralanan var
Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən “Bonte” adlı restoranın tavanı uçub.
Gundelik.az Gununsesi.info-ya istinadən xəbər verir ki, hadisə nəticəsində işçilər xəsarət alıb.
Restorana çağırılmış Təcili Tibbi Yardım başından xəsarət alan əməkdaşları xəstəxanaya çatdırıb. Bildirilib ki, onların başına tikiş qoyulub.
Faktla bağlı araşdırma aparılır.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Sayt hadisə ilə bağlı “Bonte”nin sahibi ilə əlaqə saxlaya bilməyib, lakin restoranın administratoru Sani Quliyev faktı təsdiq edib.
O bildirib ki, tavanın çökməsi nəticəsində 1 nəfər yaralanıb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.