Sürətli əzələ inkişafı naminə ürək sağlamlığınızı riskə atmayın
Qısa müddətdə əzələ kütləsini artırmaq istəyənlərin həkim nəzarəti olmadan anabolik steroidlərdən istifadə etməsi ürək-damar sağlamlığı üçün ciddi risklər yaradır.
Kardiologiya üzrə mütəxəssis Uzm. Dr. Yusuf Altınkaynak bildirib ki, uzunmüddətli və yüksək dozada anabolik steroid istifadəsi ürək əzələsinin qalınlaşmasına, xüsusilə sol mədəcik divarının böyüməsinə səbəb olur. Bu dəyişikliklər zamanla ürəyin qanı boşaltma və pompalama funksiyalarını zəiflədir.
Steroidlər həmçinin LDL xolesterinin artmasına, HDL xolesterinin azalmasına və qan təzyiqinin yüksəlməsinə səbəb olaraq ürək-damar sisteminə əlavə yük yaradır. Araşdırmalar bu maddələrin ritm pozğunluğu, tromboemboliya, kardiomiopatiya və ürək çatışmazlığı riskləri ilə də əlaqəli ola biləcəyini göstərir.
Mütəxəssis vurğulayıb ki, gənc və müntəzəm idman edən şəxslər də bu risklərdən qorunmur. Xaricdən sağlam və formada görünmək ürək-damar sisteminin mütləq sağlam olduğu anlamına gəlmir.
Həkim həmçinin anabolik steroidlərlə müalicə məqsədilə istifadə olunan kortikosteroidlərin eyni olmadığını qeyd edib. Həkim tərəfindən təyin edilən kortikosteroid dərmanları isə özbaşına dayandırılmamalıdır.
Mütəxəssisə görə, əzələ inkişafı zaman tələb edən prosesdir və idmanın əsas məqsədi sağlamlığı dəstəkləmək olmalıdır. Anabolik steroidlərdən istifadə edən və ya əvvəllər istifadə etmiş şəxslərdə sinə ağrısı, nəfəs darlığı, ürəkdöyünmə və bayılma kimi əlamətlər yaranarsa, tibbi müayinəyə müraciət etmək vacibdir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az