Suraxanıda mənzil yandı – Ölən var
Suraxıda mənzil yanıb, bir nəfər yanaraq ölüb.
Bu baradə Gundelik.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.