Sumqayıtda bağçada mərmiyə bənzər əşya aşkarlanıb
Sumqayıt şəhəri 57 nömrəli körpələr evi – uşaq bağçasında yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər 2 ədəd əşya aşkar edilib.
Bu barədə Gundelik.az-a həmin təhsil müəssisəsindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib və müəssisədə zəruri təxliyə tədbirləri həyata keçirilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
“Hazırda vəziyyət tam nəzarət altındadır. İlkin ehtimallara əsasən, aşkar olunan əşyaların əvvəlki dövrlərə aid köhnə materiallar arasında qalması istisna edilmir. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək”, – məlumatda qeyd olunub.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.