Sudanın limanında partlayış oldu
Sudanın inzibati mərkəzi olan Port Sudanın Cənub Limanında partlayışlar və yanğınlar baş verib.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, güclü partlayış səsləri eşidildikdən sonra Cənubi Limanda yanğınlar başlayıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Bildirilir ki, anbara edilən hücumdan sonra partlayış baş verib.
Qeyd edək ki, İnsan Haqları və Azadlıqları (İHH) Humanitar Yardım Fondunun dünən Sudana çatdırdığı humanitar yardımlar bu limanda qəbul edilib və burada saxlanılır.
Yerli mətbuatın məlumatına görə, Port Sudan Beynəlxalq Hava Limanına da hücum edilib.
Hücumdan sonra uçuşlar dayandırılsa da, hələlik Sudan rəsmiləri tərəfindən rəsmi açıqlama verilməyib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.