ŞƏHİD ANASI
Çəkil, dayan bir kənarda,
Bir vüqarlı ana gəlir.
“Oğul” – deyir, qürurlanır,
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Həmdə yana-yana gəlir.
O, ağı qaradan seçir,
Xəyalı dolanır, köçür,
Xankəndi, Şuşadan keçir,
Ruhu Zəngilana gəlir.
Dərddən oyana bilməyir
Getsin hayana bilməyir,
Evdə dayana bilməyir,
Durur qəbristana gəlir.
Ötən bu ananı görür,
Yetən bu ananı görür,
Vətən bu ananı görür,
Qürurlanır cana gəlir.
Qəlbindəki dağa baxır,
Bu dəmə, bu çağa baxır.
Üçrəngli bayrağa baxır,
Qəlbi gülüstana gəlir.
Eyvaz Səmədov
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.