Səfirlik: ABŞ və Azərbaycan prezidentləri Vaşinqton razılaşmalarına sadiqliklərini bir daha təsdiqləyiblər
Prezident Donald Tramp və Prezident İlham Əliyev yanvarın 22-də Davosda ABŞ–Azərbaycan münasibətləri və regional sülh məsələlərini müzakirə etmək üçün görüşüblər.
Gundelik.az xəbər verir ki, bu barədə ABŞ səfirliyinin məlumatında bildilib.
Qeyd edilib ki, tərəflər avqustun 8-də keçirilmiş Sammitdə əldə olunan razılaşmalara sadiqliklərini bir daha təsdiqləyərək ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıblar.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
“Liderlər, həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində əldə edilən irəliləyişləri, eləcə də TRIPP təşəbbüsü sayəsində regional əlaqəliliyin, əməkdaşlığın və ticarətin əhəmiyyətini qeyd ediblər”, – məlumatda vurğulanıb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.