Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material Baş Prokurorluğa göndərilib
Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material Baş Prokurorluğa göndərilib.
Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2026-cı ilin ilk altı ayı üzrə fəaliyyətinin nəticələrində əks olunub.
Məlumata görə, qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı 75 əməkdaş, o cümlədən 42 rəhbər vəzifəli şəxs barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Bundan başqa, 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 48 fakt üzrə 88 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.