Şahin Bağırov yeni idarə rəisləri təyin etdi – SİYAHI
Dövlət Gömrük Komitəsinin (DGK) üç idarəsinə yeni rəhbər təyinatı olub.
Gundelik.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmrlər imzalayıb.
Əmrlərə əsasən, gömrük xidməti polkovnik-leytenantı Namazov Rövşən Siyafiq oğlu DGK-nin Gömrük Siyasəti Baş İdarəsinin rəisi təyin olunub.
Eyni zamanda, gömrük xidməti mayoru Qasımzadə Elçin Zülfəli oğlu Audit İdarəsinin rəisi təyin edilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Bundan əlavə, gömrük xidməti mayoru Həsənli Şamil Rizvan oğlu Daxili Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.