Sahibə Qafarova Efiopiyada səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarova Əddis-Əbəbəyə (Efiopiya) rəsmi səfər edib.
Gundelik.az xəbər verir ki, bu barədə Efiopiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Əddis-Əbəbə beynəlxalq hava limanında S.Qafarovanı Efiopiyanın Xalq Nümayəndələri Palatasının sədr müavini Lomi Bedo və xarici işlər üzrə dövlət naziri, səfir Berhanu Tseqaye qarşılayıblar.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Səfər zamanı S.Qafarovanın Efiopiyanın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirəcəyi və danışıqlar aparacağı gözlənilir. Tərəflər Azərbaycan-Efiopiya əlaqələrinin daha da möhkəmləndirilməsi məsələlərini, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.