“Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb
“Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Gundelik.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda Çexiyanın “Slaviya” kollektivini qəbul edən Azərbaycan çempionu 2:0 hesablı qələbəyə sevinib.
İlk qolu 49-cu dəqiqədə Kahim Parris vurub. 88-ci dəqiqədə isə Coy-Lens Mikels adını tabloya yazdırıb.
Bu, “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində və ümumilikdə Azərbaycan təmsilçilərinin Çexiya klubları üzərində ilk qələbəsi kimi tarixə düşüb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xatırladaq ki, “Sabah” ilk matçda İngiltərədə “Mançester Yunayted”ə məğlub olub – 0:4. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda növbəti matçını oktyabrın 20-də “Borussiya”ya (Dortmund, Almaniya) qarşı keçirəcək.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.