Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Azərbaycan Milli Elmlər Akademiyasında fevralın 25-də Ramiz Mehdiyevin məsələsinə baxılacaq.
Gundelik.az “Report”a istinadən xəbər verir ki, sabah AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək və gündəliyə daxil olan iki məsələdən biri Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyndən xaric edilməsidir.
İclasda müzakirə ediləcək ikinci məsələ AMEA-nın illik hesabatının dinlənilməsidir.
Qeyd edək ki, DTX-də başlanan cinayət işi ilə bağlı Ramiz Mehdiyev AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.