Rusiya və Ukrayna “gizli danışıqlar” aparıbmışlar
İyul ayında Rusiya və Ukrayna nümayəndələri arasında “gizli danışıqlar” aparılıb və bu danışıqlar zamanı tərəflər öz mövqelərini “son dövrlərdə həmişəkindən daha çox” yaxınlaşdıra biliblər.
Gundelik.az xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı məlumat dərc edib.
“İyul ayında Ukrayna və Rusiya müzakirəçiləri arasında gizli danışıqlar mühüm irəliləyiş əldə edib və tərəfləri son vaxtlar heç vaxt olmadığı qədər yaxınlaşdırıb”, – məlumatda qeyd olunub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Hələlik Rusiya və Ukrayna tərəfindən danışıqların gedişatı ilə bağlı rəsmi məlumat yoxdur.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.