Rusiya Ukraynanın Donetsk vilayətinə zərbə endirib, ölənlər var
Rusiya Ukraynanın Donetsk vilayətinin Drujkovka şəhərinə zərbələr endirib, 6 nəfər ölüb, bir nəfər yaralanıb.
Gundelik.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin teleqram kanalında bildirib.
O qeyd edib ki, Drujkovkaya endirdiyi bugünkü zərbələr nəticəsində azı 6 nəfər ölüb və 1 nəfər yaralanıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Bundan əlavə, V.Filaşkinin sözlərinə görə, zərbələr nəticəsində sənaye zonası, üç çoxmərtəbəli və üç fərdi yaşayış evi zədələnib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.