Rəsmi Tehran İranın yeni Ali Rəhbəri Müctəba Xamenenin yaralandığını təsdiqlədi
İran Xarici İşlər Nazirliyi (XİN) yeni Ali Rəhbər Ayətullah Müctəba Xameneinin yaralandığını təsdiqləyib.
Gundelik.az-ın xəbərinə görə, bu barədə XİN sözçüsü İsmayıl Bəqayi “Corriere della Sera”ya açıqlamasında bildirib.
“O (Müctəba Xamenei) xəsarət alıb, amma səhhəti yaxşıdır”, – Bəqayi qeyd edib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
XİN rəsmisi Müctəba Xameneinin ilk çıxışını nə vaxt edəcəyini bilmədiyini vurğulayıb.
Onun sözlərinə görə, Ali Rəhbər postuna üç-dörd namizəd olub, amma Ekspertlər Məclisinin əksəriyyəti Müctəba Xameneini seçib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.