Rəcəb Tayyib Ərdoğan 23 Aprel proqramı çərçivəsində uşaqlarla bir araya gələcək
Prezident 23 Aprel Milli Suverenlik və Uşaqlar Bayramı münasibətilə Ankarada müxtəlif tədbirlərdə iştirak edəcək. İlk olaraq Prezident Sarayında Yusuf Tekin və onunla birlikdə gələn uşaqları qəbul edəcək.
Daha sonra Ərdoğan Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzində keçiriləcək TRT-nin 48-ci Beynəlxalq 23 Aprel Uşaq Şənliyinin qala proqramına qatılacaq.
Günün davamında saat 18:00-da Türkiye Büyük Millet Meclisi-nin 106-cı açılış ildönümü qeyd olunacaq. TBMM-də təşkil ediləcək rəsmi qəbulda Prezident Ərdoğan da iştirak edəcək.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.