Qubada məntəqə sədri faciəvi şəkildə öldü
Quba rayon sakini dəm qazından boğulub.
Gundelik.az xəbər verir ki, 41 yaşlı Vüqar Qədirağa oğlu Atayev özünə məxsus Quba rayon Dağlı kəndindəki evdə dəm qazından boğulub.
Onun meyiti hamam otağında aşkar edilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Bildirilib ki, V. Atayev Dağlı kənd orta məktəbinin fiziki tərbiyə üzrə rəhbəri və 52 saylı Quba Seçki Dairəsi üzrə 16 saylı seçki məntəqəsinin sədri imiş.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.//Qafqazinfo
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.