“Quba Resort” MMC ləğv edilir
“Quba Resort” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv edilir.
Gundelik.az-ın məlumatına görə, bu barədə MMC özü elan edib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1106 Bakı şəhəri, Nərimnaov rayonu, Məmməd Araz küçəsi, ev 25A ünvanına bildirə bilərlər.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Eyni zamanda “Quba Resort” MMC ilə eyni hüquqi ünvana malik “Guba Golf Club” MMC də ləğv edildiyini elan edib.
Qeyd edək ki, “Quba Resort” MMC 21013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov Anar İkram oğludur.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.