Qətərdə İranın raket hücumunun qarşısı alınıb
Qətərdə İranın atdığı raketin zərərsizləşdirilməsi prosesində bir uşaq yaralanıb
Gundelik.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Qətərin Müdafiə Nazirliyi İran tərəfindən atılan raketin zərərsizləşdirildiyini bəyan edib. Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, raketin vurulması prosesində yaranan qəlpələr nəticəsində bir azyaşlı xəsarət alıb. Hazırda ona müvafiq tibbi yardım göstərilir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Agentliyin şahidlərin ifadələrinə istinadən yaydığı xəbərə görə, paytaxt Doha şəhərində partlayışı xatırladan bir neçə səs eşidilib. Bu hadisə ilə eyni vaxtda əhalinin mobil telefonlarına xəbərdarlıq məqsədli həyəcan siqnalları göndərilib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.