Qazaxıstan Rusiyadan elektrik alışını dayandırır
Qazaxıstan gələn ildən etibarən Rusiyadan elektrik enerjisi alışından tamamilə imtina etməyi planlaşdırır.
Gundelik.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yesimxanov açıqlama verib.
Onun sözlərinə görə, əgər cari ilin sonunda və gələn ilin əvvəlində bütün planlaşdırılan energetika obyektləri istismara verilərsə, ölkə özünün elektrik enerjisinə olan ehtiyacını tam təmin edəcək və idxala ehtiyac qalmayacaq.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Sunqat Yesimxanov son 3 il ərzində Rusiyadan elektrik enerjisi idxalının azalan xətt üzrə inkişaf etdiyini də diqqətə çatdırıb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.