Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib.
Gubdelik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin yandırılması faktı araşdırılıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Məlumata görə polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən olunaraq həbs edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.