“Qarabağ-Kopenhagen” oyunundan əvvəl fan zona təşkil olunacaq
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Qarabağ”- “Kopenhagen”lə qarşıya-qarşıya gələcək.
Gundelik.az xəbər verir ki, qarşılaşmadan öncə azarkeşlər üçün “Azərsun Holdinq” tərəfindən xüsusi fan zona yaradılacaq.
Saat 18:00-20:00 aralığında fan zonada azarkeşlər üçün əyləncəli proqram nəzərdə tutulub. Proqram çərçivəsində müxtəlif oyunlar, Dj performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Bundan əlavə, illərdir hər kəsin sevimlisi olan “Final” çay tərəfindən də xüsusi fotozona yaradılacaq və qonaqlara çay təqdim ediləcək.
Qeyd edək ki, “Qarabağ” futbol klubu 2001-ci ildə “Azərsun Holdinq” tərəfindən himayəyə götürülüb və adıçəkilən şirkətlər qrupunun dəstəyilə komanda böyük uğurlar qazanıb.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.