Prezident təqaüdçüsü bacılar Oksford və Kembric universitetlərinə qəbul oldular
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin IV kurs tələbələri, Prezident təqaüdçüsü olan Həmidə və Nəzrin Sadıqova bacıları Böyük Britaniyanın Oksford və Kembric universitetlərinin magistratura proqramına qəbul alıblar.
Gundelik.az xəbər verir ki, bu barədə BDU məlumat yayıb.
Bildirilib ki, 2022/2023-cü tədris ilində BDU-nun Hüquq fakültəsinə 660.9 bal ilə qəbul olunan Nəzrin Sadıqova Oksford, 660.2 bal ilə qəbul olunan Həmidə Sadıqova isə Kembric Universitetində təhsilini davam etdirmək əzmindədir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Hər iki tələbə Prezident İlham Əliyevin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb və bu günədək həmin statusu qoruyub.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.