Paşinyanla həyat yoldaşı ayrılıb
Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Nikol Paşinyanla münasibətlərinə son qoyduğunu bildirib.
Gundelik.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
A.Akopyan bildirib ki, daha əvvəl sosial şəbəkələrdə yayılan vətəndaş nikahının başa çatması haqqında məlumat məhz onların birgə həyatının bitməsini nəzərdə tuturdu.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Onun sözlərinə görə, bundan sonra o, kirayə mənzildə yaşayacaq, çünki onun aldığı mənzil hələ tikinti prosesindədir. Yaşayış xərclərinə gəlincə, onun hesabında 5 milyon dram (13,3 min dollar – red.) qalır.
A.Akopyan vurğulayıb ki, “Mənim addımım” fondunda işini davam etdirmək istərdi.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.