Partlayış səsləri eşidiləcək – Əhaliyə xəbərdarlıq
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
Bu barədə Gundelik.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, 27-31 oktyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırır.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.