Ötən həftə 1191 hektar ərazi minalardan təmizlənib
Martın 2-dən 9-dək azad olunan ərazilərdə 15 tank, 8 piyada əleyhinə mina, 743 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında qeyd olunub.
Məlumata əsasən, 1191,2 hektar ərazi minalardan təmizlənib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.