Oğuzda ağır yol qəzası olub
Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.
Gundelik.az-ın “Report”a istinadən verdiyi məlumata görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Sincan kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes Vito” markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca çırpılıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.