Norveç şirkəti Azərbaycan bazarını tərk edir
Norveç Krallığının DNV AS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv edilir.
Gundelik.az-ın məlumatına görə, bu barədə şirkət özü elan edib.
Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1009 Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133, mənzil 13 ünvanına bildirə bilərlər.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Sözügedən şirkətin filialı 2008-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Ağayev Aydın Əliyusif oğludur.
Sözügedən şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyi əsasən sənaye sertifikatlaşdırılması, klasifikasiya və risk idarəetməsi, həmçinin alternativ və bərpa olunan enerji sektorunda hüquqi və struktur dəstəklə fəaliyyət göstərir.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.