“Neft Daşları”nda indiyədək hasil olunan neft və qazın həcmi açıqlandı
“Neft Daşları” yatağından işlənilməsinə başlanılandan bu ilin noyabrın 1-dək 181,8 milyon ton neft hasil edilib.
Bu barədə Gundelik.az SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə yataqdan 14,2 milyard kubmetr qaz hasil edilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, “Neft Daşları” – dənizdə salınan ilk neft şəhəri və açıq dənizdə sənaye üsulu ilə neftçıxarmanın başlandığı məkandır. 7 noyabr 1949-cu ildə burada hasil olunan ilk neft Azərbaycan və dünya enerji tarixində yeni bir mərhələnin əsasını qoydu. Həmin gündən etibarən “Neft Daşları” ölkəmizin neft-qaz sənayesinin inkişafında mühüm rol oynayır.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.