Nazir özünə yeni müşavir təyin etdi
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov özünə yeni müşavir təyin edib.
Gundelik.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, nazir bununla bağlı müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, Ramil Əzməmmədov nazirin müşaviri vəzifəsinə təyin olunub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, R.Əzməmmədov eyni zamanda bu ilin may ayından Aqrar Sığorta Fondunun Apellyasiya Şurasının sədridir. Həmçinin Azərbaycan Tingçilər Assosiyasının İdarə Heyətinin sədri, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin üzvüdür.
R.Əzməmmədov həm də “Grand-Agro İnvitro” MMC-nin rəhbəridir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.