Nazir ona yüksək vəzifə verdi
Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.
Gundelik.az Report-a istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Vasif Qurbanzadə bu vəzifədə Akif Maariflini əvəzləyib. O bundan öncə Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional İdarəsində rəis kimi çalışıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
A.Maarifli isə bir müddət öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbər təyin olunub.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.