Naxçıvanda güzəştli mənzillərin tikintisinə başlanılır
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Naxçıvan şəhərində çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılır.
Gundelik.az xəbər verir ki, yeni yaşayış kompleksi şəhərin Əliqulu Qəmküsar küçəsi ilə Babək məhəlləsinin kəsişməsində 4,98 ha ərazidə inşa olunacaq.
MİDA artıq kompleksdə 1, 2, 3, 4, 5 və 6 nömrəli çoxmənzilli yaşayış binasının tikintisini həyata keçirəcək şirkət (və ya şirkətlər) axtarışındadır.
Layihənin 24,2 milyon manata başa gələcəyi proqnozlaşdırılıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.