Müəllimlərin iş yerinin dəyişdirilməsi üçün vakansiya seçimi mərhələsi başlayır
Sabahdan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq.
Bu barədə Gundelik.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailəsi üzvləri 25 aprel saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi 27 aprel saat 11:00-dək davam edəcək.
Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.