MİDA-nın binalarından bu şəxslərə mənzillər veriləcək
Şirvan şəhərində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri mənzillə təmin olunacaq.
Bu barədə Gundelik.az Sosial Xidmətlər Agentliyindən məlumat əldə edib.
Belə ki, Agentlik bununla bağlı Mənzil İnşaatı Dövlət Agentliyi ilə müqavilə bağlayıb.
Məlumata əsasən, Şirvan şəhərində 18 ədəd ikiotaqlı, 66 ədəd üçotaqlı olmaqla, ümumilikdə 84 mənzilin satın alınması nəzərdə tutulub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Müqavilənin maliyyə dəyəri 5 milyon 688 min 790 manat olaraq müəyyən olunub.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.