MİDA 130 milyon manatlıq istiqraz buraxır
Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC 130 milyon manatlıq istiqraz buraxır.
Gundelik.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Agentlikdən bildirilib.
Məlumata görə, məqsəd tikinti layihələrini vaxtında icra etməkdir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 130 min ədəd istiqrazdan gedir. Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.
Xatırladaq ki, MİDA MMC 11 aprel 2016-cı ildə yaradılıb, 17 may 2016-cı ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.