“Meta” 8 min nəfəri işdən çıxaracaq
Süni intellekt layihələrinə əvvəlkindən daha çox büdcə ayırdığı bir vaxtda “Meta” gələn ay minlərlə işçisini işdən çıxaracaq.
Gundelik.az xəbər verir ki, şirkət işçi qüvvəsinin 10 faizini təşkil edən təxminən 8,000 nəfəri ixtisar etməyi planlaşdırdığını açıqlayıb.
İşə qəbul prosesində minlərlə vakant yerin olmayacağı da açıqlanıb.
İşdən çıxarılmaların əsas səbəbi kimi “Meta”nın digər sahələrdə, o cümlədən süni intellektdə xərclərini artırması göstərilir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Belə ki, şirkət bu il süni intellektə 135 milyard dollar xərcləməyi planlaşdırır.
Bu rəqəm “Meta”nın son üç ildəki ümumi süni intellekt xərclərinə bərabərdir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.